...

Türkiyənin Ərzurum şəhərində zəlzələ baş verib

Dünya xəbərləri Materials 21 Yanvar 2012 11:36 (UTC +04:00)
Türkiyənin Ərzurum şəhərində zəlzələ baş verib
Türkiyənin Ərzurum şəhərində zəlzələ baş verib

Azərbaycan, Bakı, 21 yanvar / Trend müxbir A.Tağıyeva /

Bu gün səhər saatlarında Türkiyənin Ərzurum şəhərində 4 bal gücündə zəlzələ baş verib. Trend - in məlumatına görə, bu haqda Türkiyənin Sabah qəzeti məlumat verib.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində tələfat və dağıntı olmayıb.

Oktyabrın 23-də Türkiyənin Van əyalətində 7,2 bal gücündə zəlzələ baş verib. Qurbanların sayı 600 nəfərdən çox olub.

Noyabrın 9-da Türkiyənin şərqində 5,7 ballıq zəlzələ qeydə alınıb. Edremit və Van şəhərlərində ən azı 25 bina dağılıb, onların əksəriyyəti boş olub (adamlar oktyabrdakı 7,2 ballıq zəlzələdən sonra təxliyyə olunublar). Buna baxmayaraq, həlak olanların ümumi sayı 40 nəfər təşkil edib.

Xəbər lenti

Xəbər lenti