...

Ermənistan ərazisində hərbi təyinatlı məhsulların təmiri mərkəzlərinin yaradılması haqqında məsələ müzakirə olunub

Dünya xəbərləri Materials 12 Aprel 2012 10:24 (UTC +04:00)
Yerevanda KTMT-nin Hərbi-iqtisadi əməkdaşlıq üzrə Dövlətlərarası komissiyası yanında İşgüzar Şuranın iclası keçirilib.
Ermənistan ərazisində hərbi təyinatlı məhsulların təmiri mərkəzlərinin yaradılması haqqında məsələ müzakirə olunub

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Yerevanda KTMT-nin Hərbi-iqtisadi əməkdaşlıq üzrə Dövlətlərarası komissiyası yanında İşgüzar Şuranın iclası keçirilib.

İclas zamanı Ermənistan və Rusiya nümayəndələri Ermənistan ərazisində hərbi təyinatlı məhsulların təmiri və texniki xidmət üzrə sertifikatlaşdırılmış servis mərkəzlərinin yaradılması məsələsini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə Mediamaks yazır.

İclasdan sonra Ermənistanın "Çarensavan dəzgahqayırma zavodu" ASC ilə Rusiyanın "Uralvaqonzavod" Elmi-İstehsalat Korporasiyası" ASC arasında çərçivə sazişi imzalanıb.

Xəbər lenti

Xəbər lenti