...

Bəhreyn İrandan ölkənin daxili işlərinə müdaxiləni dayandırmağı tələb edib

Dünya xəbərləri Materials 17 May 2012 14:54 (UTC +04:00)
Bəhreynin xarici işlər naziri şeyx Xalid əl-Xəlifə İrandan Bəhreynin və Fars körfəzinin ərəb ölkələrinin daxili işlərinə müdaxiləni dayandırmağı tələb edib.
Bəhreyn İrandan ölkənin daxili işlərinə müdaxiləni dayandırmağı tələb edib

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir A.Tağıyeva/

Bəhreynin xarici işlər naziri şeyx Xalid əl-Xəlifə İrandan Bəhreynin və Fars körfəzinin ərəb ölkələrinin daxili işlərinə müdaxiləni dayandırmağı tələb edib. Bu barədə Trend cümə axşamı "Əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir.

Əl-Xəlifə bu tələbləri İran rəsmilərinin Bəhreynin İranın 14-cü əyaləti olması və bəhreynlilərin Səudiyyə Ərəbistanı ilə ittifaq yaratmaq istəmədikləri haqqında bəyanatlarına cavab olaraq səsləndirib.

Nazir qeyd edib ki, İranın Bəhreynin daxili işlərinə müdaxilə etməsi 1979-cu ildən davam edir, lakin son vaxtlar bu, daha fəal olub ki, bu da qəbuledilməzdir.

Xəbər lenti

Xəbər lenti