...

Batan adamı xilas etdiyinə görə amerikalı xilasedici işdən qovulub

Dünya xəbərləri Materials 5 İyul 2012 14:06 (UTC +04:00)
ABŞ-ın Florida ştatından olan xilasedici insanı ölümdən qurtardığına görə işdən azad edilib.
Batan adamı xilas etdiyinə görə amerikalı xilasedici işdən qovulub

Azərbaycan, Bakı, 5 iyul /Trend/

ABŞ-ın Florida ştatından olan xilasedici insanı ölümdən qurtardığına görə işdən azad edilib.

Belə ki, xilasedici Tomas Lopes özünün məsuliyyət zonasına daxil olmayan su sahəsində batan insanı xilas etdiyinə görə işdən qovulub. "Jeff Ellis and Associates" şirkətinin korporativ qaydalarına əsasən, çimərlik və üzmə zonaları bir neçə xialsedici arasında məsuliyyət zonalarına bölünüb. Bu barədə Trend cümə axşamı "RİA-Novosti"yə istinadən məlumat verir.

"Müəyyən tələblər çəçivəsində biz məsuliyyət zonasından kənar hərəkət edə bilmərik. Onun etdiyi özbaşına qərar olub. O, şirkətin tələblərini bilib və doğru hesab etdiyini edib", - şirkətin nümayəndəsi Süzan Ellis qeyd edib.

21 yaşlı xilasedicinin işdən qovulmasına səbəb olan insident bazar ertəsi baş verib. Növbəçilik edən Lopesə istirahət edənlərdən biri yaxınlaşıb və batan insan haqqında məlumat verib.

Kişinin batdığı akvatoriya Lopesin məsuliyyət zonasına daxil olmayıb. Lakin o, insana kömək etmək qərarına gəlib. Xilasedici hadisə yerinə gələndə şahidlər arıq batan şəxsi sahilə çıxarıblar. Kişinin ciyərlərində su dolub. Lopes həkimlər gələnədək ilkin tibbi yardım göstərib və faktiki olaraq onu ölümdən qurtarıb.

İnsanı xilas etdikdən sonra Lopes dərhal insident haqqında rəhbərliyə məruzə edib, bundan sonra o, "məsuliyyət zonasını tərk etdiyinə görə" işdən çıxarılıb.

"Onlar mənə pis söz deməyiblər. Daha şox onların təəssüfləndiyi görünürdü, lakin qayda qaydadır. Mən bunun baş verdiyinə inanmıram", - Lopes jurnalistlərə deyib.

Lopesin həmkarı olan daha iki xilasedici həmrəylik nümayiş etdirərək onunla birlikdə işdən könüllü çıxıblar.

Gənc cəmi dörd ay öncə xilasedici kimi işə başlayıb. O, bir saat növbətçiliyə 8,25 dollar alırmış.

Xəbər lenti

Xəbər lenti