...

İranda yenidən zəlzələ baş verib

Dünya xəbərləri Materials 14 Avqust 2012 20:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir T.Cəfərov/

Bu gün günün ikinci yarısında İranın Şərqi Azərbaycan əyalətinin Vərzəqan şəhərində yenidən zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər yayıb.

Zəlzələnin gücü Rixter cədvəli üzrə 5,3 bal olub.

Bugünkü zəlzələ adıçəkilən əyalətdə keçən həftə baş vermiş təkanlar arasında ən güclüsü olub.

Son rəsmi məlumatlara görə, Şərqi Azərbaycan əyalətində son həftə ərzində baş vermiş iki güclü zəlzələ nəticəsində 253 nəfər ölüb, 1380 nəfər yaralanıb.

Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb.

Xəbər lenti

Xəbər lenti