...

İran Nətənzdəki zavodda yeni sentrifuqların quraşdırıldığını təsdiqləyib

Dünya xəbərləri Materials 13 Fevral 2013 16:28 (UTC +04:00)
İran Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Firudin Abbasi Nətənz Nüvə Tədqiqatları Mərkəzində yeni nəsil sentrifuqların quraşdırılmasına başlandığını təsdiqləyib.
İran Nətənzdəki zavodda yeni sentrifuqların quraşdırıldığını təsdiqləyib

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Firudin Abbasi Nətənz Nüvə Tədqiqatları Mərkəzində yeni nəsil sentrifuqların quraşdırılmasına başlandığını təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ISNA xəbər yayıb.

Abbasi qeyd edib ki, bundan əvvəl Nətənzdə köhnə, birinci nəsil sentrifuqlar quraşdırılmışdı, bir ay əvvəl onlar yeni, beşinci nəsildən olan qurğularla əvəz edilib.

O deyib ki, yeni sentrifuqlar uranı beş faizədək zənginləşdirməyə imkan verəcək.

Abbasi bəyan edib ki, sentrifuqlar zavodda bir ay əvvəl quraşdırılıb. O əlavə edib ki, kütləvi istehsala başlanmazdan əvvəl yeni sentrifuqlar sınaqdan keçiriləcək.

Yeni sentrifuqlar haqqında danışarkən Abbasi deyib ki, beşinci nəsil sentrifuqlar daha yaxşı rotorlarla daha stabildirlər.

BAEA direktorunun müavini German Nakertsin rəhbərlik etdiyi nümayəndə heyəti dünən gecə İran paytaxtına gəlib.

İranın xarici işlər naziri Əli Əkbər Salehi bəyan edib ki, beynəlxalq qurumun mütəxəssisləri İranda "Parçin" obyekti üzrə əməkdaşlıq məsələsini müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti