...

İran minalardan təmizləmə sahəsində təcrübəsini bölüşməyə hazırdır

Dünya xəbərləri Materials 3 Aprel 2013 10:11 (UTC +04:00)
İran digər ölkələrə minalardan təmizləmə sahəsində kömək etməyə və bu sahəki təcrübəsini bölüşməyə hazırdır.
İran minalardan təmizləmə sahəsində təcrübəsini bölüşməyə hazırdır

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran digər ölkələrə minalardan təmizləmək sahəsində kömək etməyə və bu sahədəki təcrübəsini bölüşməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İranın müdafiə naziri Əhməd Vahidinin KİV-ə olan müraciətinə istinadən "İSNA" agentliyi xəbər yayıb.

Müraciət aprel ayının 4-də qeyd olunan Beynəlxalq Minalardan Təmizləmə günü çərçivəsində edilib.

"İran ərazilərin mina təmizlənməsinin bütün sahələrində dəyərli təcrübə təqdim etməyə hazırdır",- Vahidi bildirib.

Müdafiə naziri qeyd edib ki, İslam Respublikası İraqla aparılan 8 illik müharibə zamanı minalardan təmizləmə sahəsində zəngin təcrübə qazanıb.

"İranın 5 qərb əyalətində 20 milyondan çox mina basdırılıb",- Vahidinin müraciətində qeyd olunur

Nazir bu il bütün təhlükəli sahələrin tamamilə minalardan təmizlənəcəyinə ümidvar olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti