...

Yunanıstan "üçlük"lə banklar barədə danışıqlar aparmaq istəyir

Dünya xəbərləri Materials 13 Aprel 2013 23:31 (UTC +04:00)
Yunanıstan aprelin 15 qədər "üçlük" təşkil edən beynəlxalq kreditorlarla növbəti müqavilə bağlamaq niyyətindədir, RİA Novosti maliyyə nazirinin birinci müavini Xristos Staikurasa istinadən məlumat verir.
Yunanıstan "üçlük"lə banklar barədə danışıqlar aparmaq istəyir

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Yunanıstan aprelin 15 qədər "üçlük" təşkil edən beynəlxalq kreditorlarla növbəti müqavilə bağlamaq niyyətindədir, RİA Novosti maliyyə nazirinin birinci müavini Xristos Staikurasa istinadən məlumat verir.

"Üçlüyə" Avropa Komissiyası, AMB və BVF daxildir.

Yunanıstan və kreditorlar yunan banklarının rekapitalizasiyası, eləcə də ölkənin dövlət sektorunda ixtisarların aparılması barədə danışıqlar aparır. Həmçinin, tərəflər gözlənilməyən dərin tənəzzüllə əlaqədar növbəti iki il ərzində ölkənin büdcəsində çatışmayacaq təxminən 3,4 milyard avro məbləğində kompensasiya yollarını axtarır.

Staikurasın sözlərinə görə, razılaşma yeni vergi amnistiyasını və daşınmaz əmlaka qoyulmuş qeyri-populyar verginin dərəcələrinin azaldılmasını təmin etməlıdir. Evangelos Venizelos bildirib ki, koalisiya üzvləri, "üçlüyün" təklif etdiyi təklifləri razılaşdırıb və onun razılığını bazar ertəsinin axşamına kimi gözləyirlər.

Yunanıstan AB və BVF-dən 240 milyard avrodan çox maliyyə dəstəyi alıb. Kredit müqabilində ölkə kəskin surətdə xərcləri azaldır. Bu isə öz növbəsində iqtisadi depressiya yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti