...

Baş qərargah rəisi: İran ölkədən kənara silah-sursat və əsgər göndərmir

Dünya xəbərləri Materials 18 Aprel 2013 12:41 (UTC +04:00)
İran ölkədən kənara silah-sursat və əsgər göndərmir. Bunu İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi general Seyid Həsən Firuzabadi ölkəsinin Suriyaya silah-sursat və əsgər göndərməsi ilə bağlı Qərb mediasında yayımlanan məlumatlara münasibət bildirərkən deyib.
Baş qərargah rəisi: İran ölkədən kənara silah-sursat və əsgər göndərmir

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir T.Cəfərov/

İran ölkədən kənara silah-sursat və əsgər göndərmir. Bunu İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi general Seyid Həsən Firuzabadi ölkəsinin Suriyaya silah-sursat və əsgər göndərməsi ilə bağlı Qərb mətbuatında yayımlanan məlumatlara münasibət bildirərkən deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

"İran ölkədən kənara silah-sursat və əsgər göndərmir, bizim onlara dəstəyimiz siyasi, elmi və formal xarakterlidir", - Firuzabadi Tehranda Silahlı Qüvvələr Günü münasibəti ilə keçirilən paradda jurnalistlərə bildirib.

O deyib ki, biz təkcə İranın deyil, həm də bütün bölgənin təhlükəsizliyini təmin etmək iqtidarındayıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti