Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbirlər E. Tariverdiyeva, T. Cəfərov/
Mayın 24-dən etibarən, İranın İsfahan bölgəsində bir həftəlik hərbi təlimlər keçiriləcək. Trend-in çərşənbə axşamı "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Hərbi Qüvvələri Quru Qoşunlarının komandanı, briqada generalı Əhmədrza Purdastan deyib.
Onun sözlərinə görə, təlimlər "Beytul Müqəddəs 25" adı altında taktiki qrup, zirehli tank böllmələri, artilleriya, Hərbi-Hava Qüvvələrinin iştirakı ilə keçiriələcək.
Purdastan, həmçinin qeyd edib ki, həftəlik təlimlər zamanı həqiqi döyüş sursatlarından istifadə ediləcək.