...

Ermənistan Parlamentinin dörd fraksiyası Seçki Məcəlləsinin dəyişdirilməsini dəstəkləyir

Dünya xəbərləri Materials 22 May 2013 10:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend /

Ermənistan Parlamentinin dörd fraksiyası: "Çiçəklənən Ermənistan", "İrs", "Erməni Milli Konqresi" və "Daşnaksütyun Erməni İnqilabi Federasiyası" Seçki Məcəlləsinə dəyişilik edilməsi məsələsində vahid mövqe sərgiləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Armenianreport" xəbər yayıb.

"İrs" partiyası tərəfindən təqdim olunan qanun layihəsinə əsasən, seçkilərdən sonra seçicilərin siyahılarını dərc etmək lazımdır.

Ermənistanda hakimiyyətdə olan Respublika partiyasının mövqeyini ifadə edən Levon Martirosyan bildirib ki, seçicilər seçkidə iştirak edib-etmədiklərini məxfi saxlamaq hüququna malikdirlər.

Onun sözlərinə görə, bu Venesiya komissiyasının mövqeyi ilə də üst-üstə düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti