...

Türkiyə sosial şəbəkələri qadağan etməyə hazırlaşmır

Dünya xəbərləri Materials 19 İyun 2013 22:43 (UTC +04:00)
Türkiyə sosial mediyanı qadağan etməyə hazırlaşmır. Bunu hakim Ədalət və İnkişaf Partiyası (AKP) başçısının müavini Hüseyn Çelik çərşənbə günü bildirib.
Türkiyə sosial şəbəkələri qadağan etməyə hazırlaşmır

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Türkiyə sosial mediyanı qadağan etməyə hazırlaşmır. Bunu hakim Ədalət və İnkişaf Partiyası (AKP) başçısının müavini Hüseyn Çelik çərşənbə günü bildirib. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

Onun sözlərinə görə, hökumətin məqsədi Qərbi Avropa və Avropa İttifaqı ölkələrində tətbiq edilən sosial şəbəkələr haqqında qanunvericiliyə düzəlişlərin daxil edilməsidir.

Çelik, həmçinin qeyd edib ki, Gezi parkındakı hadisələr haqqında təsdiq edilməmiş məlumatlar yayan 105 internet saytı müəyyən edilib.

Hakim partiyanın nümayəndəsinin bildirdiyinə görə, bu günə kimi xalqı qarışıdurmaya çağıran 262 saxta "Tvitter" profili aşkar edilib.

Türkiyədə 20 gündən artıqdır ki, etiraz aksiyaları davam edir. Hökumət nümayəndələrinin sözlərinə görə, aksiyalar artıq antihökumət xarakteri daşıyır.

Türkiyənin müxalifət partiyaları polisi etirazçılara qarşı həddindən artıq güc tətbiq etməkdə günahlandırır.

Bundan əvvəl Türkiyənin daxili işlər naziri bildirmişdi ki, etirazçılara qarşı həddindən artıq güc tətbiqi ilə əlaqədar araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti