Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.Tanriverdiyeva/
İran ABŞ sanskiyalarının təzyiqi altında ağır şəraitdə yaşayır. Trend-in məlumatına görə, bu barədə "Russia Today" telekanalına müsahibəsində İran Prezidenti Mahmud Əhmədinejad bildirib:
"İrana iqtisadi inkişafı davam etdirmək asan deyil. Ancaq insanlar həyatları üçün təhlükəli çətinliklər hiss etmirlər. Bizim polad ixrac etmək imkanımız var. Ölkədə polad istehsalı iki dəfəyə qədər artıb".
İran Prezidenti neftdən gələn gəlirlərin ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb: "İxracın əsas hissəsini neft təşkil edir. Burada bizə bəzi maneələr yaradırlar, lakin bütün ölkələr çətinlik çəkirlər".
Əhmədinejad, o cümlədən İran elminin inkişafını da vurğulayıb: "İran tədricən nüvə dövlətinə çevrilir. Yeni texnologiyalar sahəsində də əhəmiyyətli müvəffəqiyyətlər əldə olunub".
Qeyd edək ki, iyunun üçündən ABŞ İrana qarşı sanskiyaların yeni raundunu tətbiq edir.