...

Moskvada ağır yol-nəqliyyat hadisəsinin gunahkarı mənşəcə erməni olub

Dünya xəbərləri Materials 13 İyul 2013 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Moskvanın Troitsk dairəsində yol-nəqliyyat hadisəsinə düşmüş avtobus saz vəziyyətində olub, lakin KAMAZ sürücüsü əvvəllər yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar 6 dəfə məsuliyyətə cəlb edilib, Trend Rusiya FHN-ə istinadən məlumat verir.

"Avtomobili 46 yaşlı Ermənistan vətəndaşı idarə edib. Son il ərzində o, altı dəfə yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati cəzaya məruz qalıb. Hal-hazırda onunla polis işləyir, dindirmə tədbirləri aparılır", - FHN nümayəndəsi deyib.

Onun sözlərinə görə, avtobus texniki cəhətdən saz vəziyyətdə olub. "37 yaşlı sürücü, 1995-ci ildən nəqliyyat vasitələrinin idarə edilməsi stajına malikdir. Bryansk sakini, avtobusu idarə etmə üçün bütün lazımi icazələri vardır", - FHN nümayəndəsi deyib. O, əlavə edib ki, avtobus "Mostransavtonun" vilayət şirkətinə aiddir.

Qəza bu gün 12:54-də (Moskva vaxtı) Şapovo qəsəbəsi yaxınlığında Moskvanın Troitsk inzibati dairəsində baş verib. Podolskdan hərəkət edən reys avtobusu, yük maşını ilə toqquşub.

İlkin versiyaya görə, qəzanın günahkarı yük maşınının sürücüsüdür. Çünki onun avtomobili böyük surətlə gedib və avtobusa yol verməyib. Son məlumatlara görə, qəza nəticəsində 18 nəfər ölüb, 37 nəıfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti