...

Sergey Lavrov: Rusiya ilə ABŞ arasında "soyuq müharibə" yoxdur

Dünya xəbərləri Materials 10 Avqust 2013 01:07
Rusiya ilə ABŞ arasında "soyuq müharibə" yoxdur, Snouden ətrafında olan vəziyyət isə anomaliyadır
Sergey Lavrov: Rusiya ilə ABŞ arasında "soyuq müharibə" yoxdur

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 avqust / Trend /

Rusiya ilə ABŞ arasında "soyuq müharibə" yoxdur, Snouden ətrafında olan vəziyyət isə anomaliyadır. Trend-in RİA Novosti saytına istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Con Kerri ilə danışıqların nəticələrinə həsr olunan mətbuat konfransında bildirib.

"Əksinə bizim ABŞ ilə ən sıx tərəfdaşlıq əlaqələrimiz var. Və onların möhkəmlənməsi üçün yaxşı potensial mövcuddur. Hesab edirəm ki, Snouden anomaliyadır", - Rusiya XİN rəhbəri deyib.

O qeyd edib ki, Rusiya ilə ABŞ arasında münasibətlərin geriləməsinə gətirəcək səbəb yoxdur.

"Snouden bir epizoddur. Biz bu məsələ ilə bağlı öz arqumentlərimizi səsləndirmişik. Rusiya öz qanunları və beynəlxalq hüquq normaları çərçivəsində addım atıb. Başqa cür addım ata bilməzdik. Digər tərəfdən bizim ABŞ ilə ekstradisiya haqqında müqaviləmiz yoxdur, çünki onlar uzun illərdir ki həmin müqaviləni imzalamaqdan boyun qaçırırlar", - Lavrov qeyd edib.

Qeyd edək ki, Edvard Snoudenin ABŞ Beynəlxalq Təhlükəsizlik İdarəsinin dünyada milyonlarca insanın telefon və internet məlumatlarını izləməsi haqqında bilgini mətbuata sızdırıb. Hazırda Rusiya Snoudenə sığınacaq verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti