...

Türkiyədə kimya məhsulları anbarında partlayış olub

Dünya xəbərləri Materials 21 Avqust 2013 11:07 (UTC +04:00)
Türkiyənin Qırıqqala şəhərində yerləşən kimya məhsulları anbarında ötən gecə partlayış baş verib.
Türkiyədə kimya məhsulları anbarında partlayış olub

Azərbaycan, Bakı, 21 avqust / Trend müxbir A.Tağıyeva/

Türkiyənin Qırıqqala şəhərində yerləşən kimya məhsulları anbarında ötən gecə partlayış baş verib.

Trend-in "Sabah" qəzetinə istinadən yaydığı məlumata görə, hadisə nəticəsində həlak olan yoxdur, xəsarət almış altı nəfər isə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Partlayışdan sonra anbarda baş verən yanğın meşəyə keçib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğın bir neçə saata söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti