Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir T.Cəfərov/
İranın Kürdüstan əyalətinin Banə şəhərinin sərhədində İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) və Təhlükəsizlik qüvvələrinin birgə keçirdiyi əməliyyat zamanı bir qrup terrorçu ilə atışma baş verib. Bunu Kürdüstan əyalətinin Beytul-Müqəddəs SEPAH-nın komandiri Məhəmməd Həsən Rəcəbi deyib.
Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi məlumat verir.
Rəcəbinin sözlərinə görə, hadisə cümə günündən şənbə gününə keçən gecə Banə şəhəri yaxınlığında sərhəddə baş verib.
"Atışma zamanı 3 terrorçu öldürülüb, 2 nəfər isə həbs olunub", - deyə Rəcəbi bildirib.
O bildirib ki, hadisə zamanı qaçan digər bir terrorçu isə şənbə günü həbs olunub.
Qeyd edək ki, bir müddət öncə Banə şəhəri SEPAH korpusunun altı əməkdaşı terrorçu qruplaşmalar tərəfindən öldürülmüşdü. Bundan sonra İranın Sepah korpusu bölgədə təhlükəsizlik tədbirlərini gücləndirmişdi.