...

İran noyabrın sonunda irimiqyaslı hərbi təlimlər keçirəcək

Dünya xəbərləri Materials 12 Noyabr 2013 02:50 (UTC +04:00)
İranın Quru və Hərbi Hava qoşunları noyabrın sonunda irimiqyaslı təlimlər keçirəcək.
İran noyabrın sonunda irimiqyaslı hərbi təlimlər keçirəcək

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

İranın Quru və Hərbi Hava qoşunları noyabrın sonunda irimiqyaslı təlimlər keçirəcək. Trend-in Press TV telekanalına istinadən verdiyi məlumata görə, bu barədə İran Hərbi Qüvvələri Quru Qoşunlarının komandanı, briqada generalı Əhmədrza Purdastan bildirib.

Generalın sözlərinə görə, təlimlər zamanı döyüş aparılmasının müxtəlif növləri təqlid ediləcək.

Ə.Purdasatan bildirib ki, bu təlimlərdə İran Silahlı Qüvvələrinin fərqli bölmələri iştirak edəcək və yerli istehsal olan qabaqcıl silahlar sınaqdan keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti