...

Suriya müxalifəti ölkənin ƏDL-dəki yerini tutmaq hüququnun ona verilməsini tələb edib

Dünya xəbərləri Materials 27 Noyabr 2013 01:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Suriya Milli koalisiyasının müxalifət və inqilabi qüvvələrinin lideri Əhməd Carba Qahirədə çərşənbə axşamı Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Nabil əl-Ərəbi ilə keçirilən görüş zamanı Suriyanın ƏDL-də daimi yerinin Milli koalisiyaya verilməsi haqqında məsələ qaldırıb. Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə "Əl-Qüds Əl-Ərəbi" internet portalı məlumat verir.

Carbanın bəyanatına görə, ƏDL-in şərtinə əsasən, Milli koalisiya Liqada Suriyanın yerini tutmaq hüququnu qazanmaq üçün müvəqqəti müxalifət hökumətini formalaşdırmalıdır. Bu şərt yerinə yetirilib - İstanbulda noyabrın 13-də Milli koalisiyanın müşavirəsində Əhməd Toumenin rəhbərliyi altında doqquz nazirdən ibarət müvəqqəti hökumətin formalaşdırılması barədə bəyanət verilib.

Carba ƏDL-in baş katibi ilə görüşdə bir daha bildirib ki, keçiriləcək "Cenevrə-2" sülh konfransında Milli koalisiyanın iştirak etmək üçün qoyduğu şərt Suriyada Prezident Bəşər Əsədin keçid dövründə hakimiyyətdən uzaqlaşdırılmasıdır.

ƏDL 2011-ci ildə bir sıra Liqa üzvlərinin Suriya rəhbərliyinin ölkədə siyasi böhranın güc yolu ilə həllinə dair siyasətini tənqid etməsi ilə bağlı Suriyanın bu təşkilatda üzvlüyünün dayandırılması barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti