...

XİN rəhbəri: İran nüvə proqramına dair yekun sazişə nail olmağa hazırdır

Dünya xəbərləri Materials 18 Dekabr 2013 03:59 (UTC +04:00)
Tehran ölkənin nüvə proqramına dair tam razılaşma əldə etmək və böyük "altılığın" bütün şübhələrini aradan qaldırmaq niyyətindədir.
XİN rəhbəri: İran nüvə proqramına dair yekun sazişə nail olmağa hazırdır

Azərbaycan, Bakı, 18 dekabr / Trend /

Tehran ölkənin nüvə proqramına dair tam razılaşma əldə etmək və böyük "altılığın" bütün şübhələrini aradan qaldırmaq niyyətindədir. Trend PressTV telekanalına istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü vurğulayıb.

Onun sözlərinə görə, sanksiyalar və beynəlxalq təzyiqlər İranın danışıqlara hazır olmasına səbəb olmayıb.

"İran qarşılıqlı hörmətə əsaslanaraq digər ölkələrlə münasibətlər qurmaq istəyir," - nazir bildirib.

İranın XİN rəhbəri ölkəyə qarşı yeni sanksiyaların tədbiq edilməsini və davam edən təzyiqləri tənqid edib.

"Qərbin bu məsələyə balanslaşdırılmış və konstruktiv yanaşması olmalıdır. Yeni sanksiyalar isə Cenevrə razılaşmasının birtərəfli anlamasını göstərir", - Zərif əlavə edib.

ABŞ və onun qərb müttəfiqləri İrandan nüvə silahının hazırlanmasından şübhələnir, ölkə tərəfindən isə bu inkar edilir.

İran dəfələrlə bəyan edib ki, nüvə silahı yaratmağa cəhd etmir, lakin atom enerjisindən dinc məqsədlər üçün istifadə etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti