...

Ukrayna XİN: Kiyev yeni nazirlər kabinetinin yaradılmasından sonra RF ilə irimiqyaslı dialoqu bərpa edəcək

Dünya xəbərləri Materials 26 Fevral 2014 00:44 (UTC +04:00)
Kiyev yeni hökumətin formalaşmasından sonra Rusiya ilə ikitərəfli dövlətlərarası komissiyası çərçivəsində irimiqyaslı dialoqu bərpa etməyə hazır olacaq.
Ukrayna XİN: Kiyev yeni nazirlər kabinetinin yaradılmasından sonra RF ilə irimiqyaslı dialoqu bərpa edəcək

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Kiyev yeni hökumətin formalaşmasından sonra Rusiya ilə ikitərəfli dövlətlərarası komissiyası çərçivəsində irimiqyaslı dialoqu bərpa etməyə hazır olacaq. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Ukrayna xarici işlər nazirliyi çərşənbə gününə keçən gecə bəyan edib.

"Ukraynanın yeni hökumətin formalaşdırılması başa çatdıqdan dərhal sonra Ukrayna tərəfi Ukrayna-Rusiya dövlətlərarası komissiyasının institutları çərçivəsində genişmiqyaslı ikitərəfli dialoqun bərpasına hazır olacaq", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti