...

RF XİN: Lavrov və Kerri bazar günü Parisdə görüşəcəklər

Dünya xəbərləri Materials 29 Mart 2014 20:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend/

RF XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri, bazar günü, martın 30-da Parisdə görüşəcəklər. Trend RİA Novosti agentliyinə istinadən bu barədə RF XİN-in informasiya və mətbuat departamenti bildirib.

"RF XİN rəhbəri Sergey Lavrovun ABŞ dövlət katibi Con Kerri ilə sabah Parisdə görüşü keçəcək", - mənbə deyib.

Sonuncu dəfə Kerri və Lavrov bu həftənin əvvəlində Haaqada görüşüblər.

Keçirilən danışıqların əsas mövzusu Ukraynadakı vəziyyət olub.

Xəbər lenti

Xəbər lenti