...

Gürcüstan Prezidenti fransalı həmkarı ilə görüşəcək

Dünya xəbərləri Materials 13 May 2014 08:36 (UTC +04:00)
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mayın 13-də fransalı həmkarı ilə görüşəcək.
Gürcüstan Prezidenti fransalı həmkarı ilə görüşəcək

Gürcüstan, Tbilisi, 13 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mayın 13-də fransalı həmkarı ilə görüşəcək. Fransua Olland Qafqaz turnesini Tbilisidə başa çatdıracaq.

O, artıq Bakıda və İrəvanda olub.

Trend Gürcüstanın dövlət rəhbərinin icra aparatına istinadən məlumat verir ki, Gürcüstan Prezidentinin Avlabar iqamətgahında rəsmi qarşılanma mərasimi keçiriləcək, bundan sonra iki ölkənin prezidentləri təkbətək, sonra isə geniş tərkibdə görüşəcəklər.

Fransua Olland və Georgi Marqvelaşvili gürcü və xarici jurnalistlər üçün birgə mətbuat konfransı keçirəcəklər.

Səfər çərçivəsində Fransa Prezidenti Gürcüstanın Baş naziri ilə görüşəcək və Gürcüstan-Fransa iqtisadi forumunda iştirak edəcək.

Fransa nümayəndə heyəti Gürcüstana səfərini bu gün başa vuracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti