Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Elmira Tariverdiyeva/
İran Prezidenti Həsən Ruhani parlamentə elm, araşdırmalar və texnologiyalar naziri vəzifəsinə yeni namizədi təqdim edib. Bu barədə Trend bu gün IRINN dövlət televiziyasına istinadən məlumat verir.
Bu vəzifəyə Fəxrəddin Əhmədi Daneş Aştianinin namizədliyi irəli sürülüb. Parlament 10 gün ərzində onun namizədliyinə dair qərar qəbul etməlidir.
Parlament oktyabrın 29-da bu vəzifəyə H.Ruhaninin irəli sürdüyü Mahmud Nili Əhmədabadinin namizədliyini rədd etmişdi.
Qeyd edək ki, bunadək elm naziri vəzifəsini Məhəmməd Əli Nəcəfi icra edirdi.