...

Abdullah Gül məhkəməyə ifadə verdi

Dünya xəbərləri Materials 19 Noyabr 2014 16:27 (UTC +04:00)
Türkiyənin keçmiş Prezidenti Abdullah Gül "Rifah" partiyası dövründə "itirilmiş trilyon"la bağlı iş üzrə məhkəməyə ifadə verib.
Abdullah Gül məhkəməyə ifadə verdi

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin keçmiş Prezidenti Abdullah Gül "Rifah" partiyası dövründə "itirilmiş trilyon"la bağlı iş üzrə məhkəməyə ifadə verib. Bu barədə Trend A.Gülün saytına istinadən məlumat verir.

Məlumata görə, A.Gül dünən Ankarada ifadə verib. Türkiyədə "Rifah" İslam Partiyasının fəaliyyətinin dayandırılmasından sonra məhkəmə dövlətin partiyaya verdiyi məbləğin dövlət xəzinəsinə qaytarılması barədə iş açıb.

Hazırda "itirilmiş trilyon"la bağlı iş bağlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti