...

İranın quru qoşunları hərbi təlimlər keçirəcək

Dünya xəbərləri Materials 3 Dekabr 2014 14:25 (UTC +04:00)
İranın cənub-şərqində ölkənin Quru Qoşunlarının irimiqyaslı hərbi təlimləri keçiriləcək. Bunu İranın Quru Qoşunları komandanı, briqada generalı Əhmədrza Purdastan deyib.
İranın quru qoşunları hərbi təlimlər keçirəcək

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın cənub-şərqində ölkənin Quru Qoşunlarının irimiqyaslı hərbi təlimləri keçiriləcək. Bunu İranın Quru Qoşunları komandanı, briqada generalı Əhmədrza Purdastan deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Ə.Purdastan bildirib ki, hərbi təlimlərin dekabr ayının sonunda keçirilməsi planlaşdırılır: "Təlimlərdə düşmənlə taktiki döyüş və yeni təhlükələrlə mübarizə yolları sınanacaq. Səhra şəraitində keçiriləcək təlimlərdə həqiqi güllələrdən istifadə olunacaq".

Onun sözlərinə görə, təlimlərdə pilotsuz təyyarələrdən də istifadə olunacaq: "Pilotsuz təyyarələr həm foto çəkəcək və həmdə kamikadze hücumları təşkil edəcək".

Qeyd edək ki, bundan öncə Quru Qoşunlarının irimiqyaslı təlimlərinin noyabr ayında keçiriləcəyi bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti