...

Məktəbin divarı dağıldı, 5 şagird həlak oldu

Dünya xəbərləri Materials 8 Dekabr 2014 16:41 (UTC +04:00)
Çinin şərqindəki Anhoy vilayətində orta məktəblərdən birinin divarı uçulub.
Məktəbin divarı dağıldı, 5 şagird həlak oldu

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

Çinin şərqindəki Anhoy vilayətində orta məktəblərdən birinin divarı uçulub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, nəticədə 5 şagird həlak olub, bir nəfər isə xəsarət alıb.

"Sina.com" informasiya portalının verdiyi məlumata görə, insident yerli vaxtla saat 14.30-da Huaybey şəhərində baş verib.

Anhoy vilayətinin İstehsalatda Texniki Təhlükəsizliyə Nəzarət İdarəsinin məlumatına görə, bədbəxt hadisə iki sinifin şagirdlərinin basketbol oynadıqları vaxt baş verib.

Faicənin səbəbi məlum deyil, hadisə yerində xilasedicilər çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti