...

Çaqqal şəhərdə uşaqlara hücum etdi, 8 nəfər xəsarət aldı

Dünya xəbərləri Materials 29 Dekabr 2014 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın Bəcistan şəhərində çaqqal uşaqlara hücum edib.

Trend-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 8 uşaq xəsarət alıb. Onların 5-i xəstəxanaya yerləşdirilib, 3-ü isə ambulator müayinədən sonra evə buraxılıb.

Məlumatda bildirilir ki, qarlı hava şəraitinə görə heyvanlar yemək tapmaq üçün şəhərə gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti