...

Səudiyyə Ərəbistanı İŞİD-ə qarşı sədd tikəcək

Dünya xəbərləri Materials 16 Yanvar 2015 16:12 (UTC +04:00)
Səudiyyə Ərəbistanı İraq və Yəmənlə sərhədində İŞİD qruplaşmasına qarşı 1000 kilometrlik sədd tikmək üçün hazırlıq işləri aparır.
Səudiyyə Ərəbistanı İŞİD-ə qarşı sədd tikəcək

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Məftun Salmanov/

Səudiyyə Ərəbistanı İraq və Yəmənlə sərhədində İŞİD qruplaşmasına qarşı 1000 kilometrlik sədd tikmək üçün hazırlıq işləri aparır.

Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, layihənin dəyəri 3,4 milyard dollar qiymətləndirilir.

Səddin layihəsini mərkəzi Münhendə olan firma hazırlayacaq. Səddin müşahidə qüllələrində "Spexer" radarlar, termal kameralarla təchiz edilmiş helikopterlər və müdaxilə etmək üçün maşınlar olacaq.

Qeyd edək ki, ötən həftə İraq sərhədində Səudiyyə qüvvələri və İŞİD silahlıları arasında baş vermiş atışmada 3 səudiyyəli əsgər həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti