Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/
Bu gün İstanbul-Ankara dəmiryol reysi təxirə salınıb. Bu barədə Trend "Haber7" telekanalına istinadən xəbər verir.
Reys güclü küləyin dəmiryol infrastrukturunu (elektrik şəbəkəsi) zədələməsi səbəbindən təxirə salınıb.
Hazırda dəmiryol xəttində bərpa işləri aparılır.
Qeyd edək ki, güclü külək ölkənin Balıkəsir, Çanaqqala və Bursa vilayətlərində beş nəfərin həyatına son qoyub. Həmçinin, Bursada qasırğa nəticəsində 3 nəfər həlak olub, 110 nəfər xəsarət alıb, 100 avtomobil və 300 evin damı zərər çəkib. İstanbul, Bursa və Yalovada ağaclar və elektrik dirəkləri aşıb.