...

Çində dövlət qulluqçularını daşıyan avtobus aşıb: 7 ölü

Dünya xəbərləri Materials 10 Fevral 2015 10:29 (UTC +04:00)
Çinin şərqindəki Şandun vilayətində dövlət qulluqçularını daşıyan avtobus aşıb.
Çində dövlət qulluqçularını daşıyan avtobus aşıb: 7 ölü

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Çinin şərqindəki Şandun vilayətində dövlət qulluqçularını daşıyan avtobus aşıb. Hadisə nəticəsində sərnişinlərdən 7-si həlak olub, daha 14-ü isə xəsarət alıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Sinxua agentliyinin yerli hakimiyyətə istinadən verdiyi məlumata görə, avtobusun bütün sərnişinləri dövlət qulluqçuları olublar və yerli turizm administrasiyasında çalışırmışlar.

Agentliyin məlumatına görə, üç nəfər hadisə yerində, dördü isə xəstəxanada aldıqları xəsarətlərdən vəfat edib. Xilasedicilər digər yaralıların vəziyyətinin stabil olduğunu bildirirlər.

Hazırda hadisə ilə bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti