...

Türkiyədə tələbə qızın qatilinə ölüm hökmü tələb edirlər

Dünya xəbərləri Materials 16 Fevral 2015 10:57 (UTC +04:00)
Türkiyənin Mərsin vilayətində 20 yaşlı tələbə Özgecan Arslanın zorlanması və öldürülməsindən sonra bir sıra nazirlər müqəssirə ölüm hökmü verilməsi tələbi ilə çıxış ediblər.
Türkiyədə tələbə qızın qatilinə ölüm hökmü tələb edirlər

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Mərsin vilayətində 20 yaşlı tələbə Özgecan Arslanın zorlanması və öldürülməsindən sonra bir sıra nazirlər müqəssirə ölüm hökmü verilməsi tələbi ilə çıxış ediblər. Trend xəbər verir ki, bu barədə bazar ertəsi "Milliyet" qəzeti yazır.

Türkiyədə ölüm hökmü 2001-ci ildə ləğv edilib.

Özgecan Arslan ötən həftə avtobus sürücüsü tərəfindən zorlanıb və öldürülüb. Yerli KİV-in yazdığına görə, qız qaz balonu istifadə etməklə cinayətkara müqavimət göstərib.

Onun cəsədi Türkiyənin cənubunda çayda tapılıb.

Cinayət faktına görə üç nəfər saxlanılıb - avtobus sürücüsü, ona kömək edən atası və dostu.

Cinayətə etiraz məqsədilə minlərlə qadın aksiyada iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti