Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/
Qətər Dövlətinin Əmiri Təmim bin Həməd Al Tani Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı bayram tədbirlərində iştirak etmək üçün Türkiyəyə səfər edəcək.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, ümumilikdə 21 dövlət başçısı Çanaqqala şəhidlərini anmaq üçün Türkiyəyə gələcək.
Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Prezidenti Serj Sarkisyanı Çanaqqala zəfərinin ildönümü ilə bağlı tədbirlərə dəvət etmiş və bunun ölkələrarası dialoqa rəvac verəcəyini demişdi. Lakin Ermənistan bu dəvəti rədd etmişdi.