...

Yaponiyanın Baş naziri Moskvada keçiriləcək “Qələbə günü” tədbirlərinə qatılmaq istəmir

Dünya xəbərləri Materials 24 Aprel 2015 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Yaponiyanın Baş naziri Sindzo Abenin mayın 9-da Moskvada keçiriləcək "Qələbə günü" tədbirlərinə qatılmaqdan imtina edəcəyi ehtimal olunur.

Trend-in məlumatına görə, bu xəbəri "Kyodo News" agentliyi Yaponiya hökumətindəki mənbəyə istinadən yayıb.

Agentlik bildirir ki, mənbənin sözlərinə görə, S.Abenin tədbirlərə qatılmamaqdan başqa bir seçimi yoxdur və bununla da, gələn həftəyə səfəri planlaşdırılan ABŞ-la dostluğunu bir daha vurğulamış olacaq.

Bununla belə qeyd olunur ki, Baş nazirin Moskvaya öz nümayəndəsini göndərəcəyi və Putini ilin sonuna qədər Tokioya səfər etmək barədə dəvət edəcəyi gözlənilir.

"Slovakiya radiosu"nun məlumatına görə, Slovakiyanın Baş naziri Robert Fitso mayın 9-da Moskvadakı rəsmi anım tədbirlərinə qatılacaq, lakin Qırmızı Meydandakı "Qələbə paradı"nda iştirak etməyəcək.

Qeyd edək ki, Moskvadakı "Qələbə günü" tədbirlərində iştirakdan imtina edən qərbli siyasətçilər arasında ABŞ, Bolqarıstan, Polşa, Finlandiya, İsrail, Litva, Latviya və Estoniyanın prezidentlərinin adları çəkilir. Almaniya kansleri Angela Merkel isə Moskvaya mayın 10-da səfər edəcək və Vladimir Putinlə birlikdə "Naməlum əsgər" abidəsinə əklil qoyacaq.

İmtina hallarının çoxunun Ukrayna böhranı ilə əlaqəli olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti