Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 20:54-də yayılıb)
Azərbaycan, Bakı, 5 iyun /Trend/
Türkiyənin Diyarbəkir şəhərində Xalqların Demokratik Partiyasının (HDP) keçirdiyi seçkiqabağı mitinqdə iki partlayış baş verib.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, İstasyon meydanındakı mitinq zamanı yaxınlıqda olan transformator partlayıb.
Hadisə nəticəsində 2 nəfər ölüb, 100-dən çox yaralı var.
Faciə səbəbindən müxalif HDP-nin mitinqi yarımçıq qalıb.
Meydandan çıxan kütlənin polis avtomobillərinə hücum etdiyi, asayiş keçikçilərinə daş atdığı bildirilir.
Xatırladaq ki, Türkiyədə parlament seçkiləri iyunun 7-də keçiriləcək.