Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
İraqın kürd administrasiyası Türkiyənin Kürd Fəhlə Partiyasına (PKK) qarşı əməliyyatlarını dəstəkləyir. Trend-in NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, bu barədə kürd administrasiyasının rəhbəri Məsud Bərzani ilə danışıqlar aparıb.
Qeyd edək ki, Türkiyə HHQ iyulun 25-də PKK düşərgələrinə aviazərbələr endirmək məqsədilə İraqın şimalında iri hərbi-hava əməliyyatlarının keçirilməsinə başlayıb. Əməliyyatın təfərrüatları barədə məlumat verilmir.