...

Baş katib: Türkiyə İŞİD və PKK ilə mübarizədə NATO-dan dəstək istəməyib

Dünya xəbərləri Materials 27 İyul 2015 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə İŞİD və PKK terrorçuları ilə mübarizədə hərbi dəstək üçün NATO-ya müraciət etməyib.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O, Türkiyənin Baş naziri Əhməd Davudoğlunu kürdlərlə sülh danışıqlarını dayandırmaqdan çəkindirib.

Qeyd edək ki, PKK-nın İraqın şimalında yerləşən mövqelərinin hava zərbələrinə məruz qalması danışıqlara mane olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti