Azərbaycan, Bakı, 21 avqust /Trend/
Əfqanıstanın vitse-prezidenti Əbdül Rəşid Dustum Taliban yaraqlılarının hücumuna məruz qalıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Röyter agentliyinə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, cavab əməliyyatında səkkiz terrorçu məhv edilib, ondan artıq terrorçu isə həbs olunub.
Vitse-prezidentin nümayəndəsinin verdiyi məlumata görə, insident vitse-prezident Ə.R.Dustumun öz avtomobilində kənar yollardan birində getdiyi zaman baş verib.
Hadisənin baş verməsi ilə bağlı digər təfərrüatlar dəqiqləşdirilir.
Qeyd edək ki, Əfqanıstan ərazisində Taliban radikal qruplaşmaları var. Hökumət qüvvələri tərəfindən mütəmadi olaraq yaraqlılara qarşı əməliyyatlar həyata keçirilir. Bu əməliyyatlar zamanı isə tez-tez dinc əhali qurban olur.