...

Fransanın 130 şirkətinin nümayəndəsi İrana səfər edəcək

Dünya xəbərləri Materials 11 Sentyabr 2015 12:03 (UTC +04:00)
Fransa Sahibkarlar Təşkilatı – MEDEF-in təşkilatçılığı ilə 130 böyük şirkətin o cümlədən Total və Pejo kimi şirkətlərin nümayəndələri İrana səfər edəcək.
Fransanın 130 şirkətinin nümayəndəsi İrana səfər edəcək

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

Fransa Sahibkarlar Təşkilatı - MEDEF-in təşkilatçılığı ilə 130 böyük şirkətin, o cümlədən Total və Pejo kimi şirkətlərin nümayəndələri İrana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

Məlumatda bildirilir ki, səfər sentyabrın 21-23-də baş tutacaq. Fransa şirkətlərinin təmsilçilərinin İrana səfərində Fransanın kənd təsərrüfatı və ticarət nazirlərinin də iştirak etdiyi qeyd olunur.

Qeyd edək ki, Fransa şirkətlərinin, o cümlədən Total və Pejo kimi şirkətlər uzun zaman İran bazarında fəaliyyət göstərib. Lakin Avropa və ABŞ snaksiyalarına görə, 2011-ci ildən bu şirkətlər İran bazarından çıxıb. Fransa XİN-in hesablamarına görə, 2011-ci ildə İrandan Fransaya 1,77 milyard avro dəyərində məhsul idxal olunurdusa, bu rəqəm 2013-cü ildə 62 milyon avroya qədər azalıb. Fransanın İrana ixracatı isə bu müddət üçün 1,66 milyard avrodan 494 milyon avroya qədər azalıb.

İran KİV-lərinin məlumatına görə, beynəlxalq sanksiyalara baxmayaraq, Fransanın bir çox şirkətləri İranla uzun müddətli ticarət əlaqələrini davam etdiriblər. İran və altılıq ölkələri arasında nüvə razılığı əldə olunduqdan sonra iyul ayında Fransanın xarici işlər naziri Loran Fabiusun rəhbərliyi ilə bu ölkədən böyük bir nümayəndə heyəti Tehrana səfər etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti