...

Rusiya 47 ölkəyə uçuşlar üzrə təhlükəsizliyi gücləndirir

Dünya xəbərləri Materials 17 Noyabr 2015 16:36 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi 47 ölkəyə uçuşlar zamanı təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qeyd olunur ki, göyərtəsində sərnişinlər olan mütəmadi, tranzit və çarter reysləri zamanı yüksək aviasiya təhlükəsizliyi tədbirləri görülməlidir.

Agentliyin rəhbəri Aleksandr Neradko ölkə aviaşirkətlərinin rəhbərlərinə bununla bağlı məktub ünvanlayıb.

Qeyd edək ki, 47 ölkə arasında Azərbaycan da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti