İran, Tehran. Təmkin Cəfərov - Trend:
İranın xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahian bildirib ki, İsveçrənin xarici işlər nazirinin Yaxın Şərq və Şimali Afrika üzrə köməkçisi ilə Tehranda İran, İsveçrə və Suriyanın iştirakı ilə üçtərəfli iclasın keçirilməsi haqqında razılıq əldə etmişik. Trend-in məlumatına görə, bu barədə İranın İRNA agentliyi məlumat verib.
İsveçrədə keçirilən Global Siyasət üzrə Beynəlxalq Konfransda iştirak etmək üçün bu ölkədə səfərdə olan İranın xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahianın sözlərinə görə, Suriyaya humanitar yardımların göndərilməsi prosesinin gücləndirilməsi ilə bağlı razılığa gəlinib.
H.Əmirabdullahian qeyd edib ki, həmçinin Yəməndə və Suriyada baş verən son durum haqqında da danışıqlar aparılıb.