...

Suriyada 7 İranlı öldürülüb

Dünya xəbərləri Materials 9 Dekabr 2015 13:39 (UTC +04:00)
Suriyada 7 iranlı öldürülüb və onlar ötən gün Qum şəhərində dəfn olunublar.
Suriyada 7 İranlı öldürülüb

Bakı. Təmkin Cəfərov - Trend:

Suriyada 7 iranlı öldürülüb və onlar ötən gün Qum şəhərində dəfn olunublar. Trend-in məlumatına görə, bu barədə İranın İSNA agentliyi məlumat verir.

Öldürülən iranlıların kimliyi və Suriyanın hansı bölgəsində vurulduğu açıqlanmır, lakin bildirilir ki, onlar İŞİD terror qruplaşması ilə qarşıdurmalarda öldürülblər.

Son aylar ərzində İslam İnqilabı Keşikçiləri Korpusunun Suriyada 50-yə yaxın zabiti və əsgəri həlak olub.

İran dəfələrlə elan edib ki, bu ölkənin hərbiçiləri Suriya ordusu və xalq qüvvələrinə məsləhətlər verir. Bundan başqa Suriya ərazisində olan müqəddəs məkanların müdafiəsini həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti