...

Səudiyyə Ərəbistanının terrorçuluğun maliyyələşdirilməsinə və terrorizmə qarşı təşəbbüs və cəhdləri

Dünya xəbərləri Materials 18 Dekabr 2015 13:30 (UTC +04:00)

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Krallığı terrorizmlə mübarizə aparmaq, onu kökündən məhv etmək, genişlənmə səbəblərinin qarşısını almaq və maliyyə mənbələrini qurutmaq üçün birgə beynəlxalq səylərə sövqlə təşəbbüs göstərir. Belə ki, beynəlxalq terrorizm Krallığın özü, onun müttəfiqləri və bütün beynəlxalq ictimaiyyət üçün təhlükə mənbəyi hesab olunur. Terrorçu düşmənin məğlubiyyətə uğraması düzgün siyasətləri və beynəlxalq əməkadaşlığı tələb edir və bu işdə Səudiyyə Ərəbistanı Krallığının yerli, regional və beynəlxalq səviyyədə bariz səyləri olub.

Terrorizmlə mübarizə:

Dövlətlər bütün sahələrdə o cümlədən aramızdakı informasiya mübadiləsi sahəsində birgə sıx əməkdaşlıq etdiyi bir vaxtda mərhum kral Abdullah bin Əbdüləziz Al Səud maksimum fəaliyyət olmadan terrorizmlə mübarizənin mümkünsüzlüyünə inandığından 10 ildən artıq müddət bundan qabaq beynəlxalq terrorizm mərkəzinin yaradılmasına çağırıb.
2005-ci ildə Səudiyyə Ərəbistanı Krallığı tarixi bir hadisəyə - Əl-Riyadda beynəlxalq terrorizm konfransına - ev sahibliyi etdi. Belə ki, BMT Antiterror Mərkəzinin (UNCCT) yaradılması təklifinin yekdilliklə qəbul olunduğu həmin konfransda 55-dən artıq ölkə iştirak etdi. 2008-ci ildə kral Abdullah bin Əbdüləziz Al Səud Antiterror Mərkəzinin yaradılması üçün BMT-yə 10 milyon dollar verməyi öhdəsinə götürüb və 2011-ci ildə Səudiyyə Ərəbistanı Krallığı mərkəzin ümumiləşdirilməsi üçün Birləşmiş Millətlər Təşkilatı ilə müqavilə imzalayıb. 2014-cü ilin avqustunda kral Abdullah terrorizmə qarşı mübarizədə ölkələrə yardım göstərməkdə öz imkanlarını və səmərəliliyini artırmaq üçün mərkəzə 100 milyon dollar ianə verib. 2014-cü ilin fevralında kral Abdullah terrorizmlə mübarizə haqqında fərman imzalayıb və Səudiyyə Ərəbistanı xaricindəki döyüşlərdə iştirak edən yaxud daxili, regional və ya beynəlxalq terror təşkilatları kimi dini yaxud ekstremist ideoliji qruplaşmalara qoşulan hər bir kəs onun əsasında cəzalandırılır.

Səudiyyə Ərəbistanı Krallığı dünyanın hər yerində terrorla mübarizə üçün ölkələrə dəstək verməkdə səmərəli təşəbbüslərini davam etdirir. Buna misal olaraq:

- Livan - Səudiyyə Ərəbistanı Krallığı terrorizmlə mübarizə üçün Livanın təhlükəsizlik orqanlarına milyard dollar ianə verib. Həmçinin krallıq Livan Silahlı Qüvvələrinin imkanlarını gücləndirmək üçün bu ölkəyə 2013-cü ilin dekabırında yardım kimi 3 milyard dollar təqdim edib.
- Yəmən - Səudiyyə Ərəbistanı Krallığı Yəmənə kömək göstərən ən böyük donor ölkə hesab olunur. Artıq krallığın yardımları ölkədə terrorizmlə mübarizə təlimlərinin gücləndirilməsinə, təcrübənin genişləndirilməsinə və Yəməndə terrorizmin yayılmasının qarşısının alınması üçün kəşfiyyat məlumatlarının toplanmasına töhfə verib.
- İraq - Səudiyyə Ərəbistanı Krallığı yaşadığı çətinlikləri aradan qaldırmaq və ekstremizmin qarşısının alınmasına yardım etmək məqsədilə dinindən və irqindən asılı olmayaraq İraq xalqına 500 milyon dollar ianə verib.
- Həmçinin Səudiyyə Ərəbistanı Krallığı terrorizmlə mübarizə imkanlarını gücləndirmək üçün Misir, İordaniya, Pakistan, Əfqanıstan, Mavritaniya daxil olmaqla digər ölkələrə də maliyyə dəstəyi verib.

Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə: Terrorist şəbəkələri qeyri-qanuni maliyyələşməyə etimad göstərir və çox vaxt xeyriyyə təşkilatları arxasında gizlənir. Səudiyyə Ərəbistanı Krallığı terrorçuluğa dəstək verən maliyyələşmənin qarşısını almaq və bu təhlükə ilə mübarizə aparmaq üçün dünyada daha dəqiq maliyyə nəzarət sistemləri qurub:

- Səudiyyə Ərəbistanının bütün maliyyə institutları G 8-in maliyyə tədbirləri üzrə işçi qrupunun (FATF) çirkli pulların yuyulması üzrə qırx tövsiyəsini və terrorçuluğun maliyyələşdirilməsi üzrə səkkiz tövsiyəni həyata keçirib.
- Səudiyyə Xeyriyyə Cəmiyyətlərinin xaricə pul köçürmələri qadağandır, həmçinin məscidlərdə və ictimai yerlərdə bütün nəğd ianələr qadağandır.
- Səudiyyə Ərəbistanı Pul Agentliyi (SAMA) terrorçuluğun maliyyələşdirilməsi, çirkli pulların yuyulması üsullarl, maliyyə sirrinin beynəlxalq tələbləri və məlumat mübadiləsi üçün cinayətkarlar tərəfindən tətbiq olunan üsullar ilə əlaqədar hüquqi məsələlər ilə bağlı hakimlərin və müstəntəqlərin hazırlanması üçün proqramlar təklif edir və bir texniki proqram həyata keçirdib.
- Səudiyyə Ərəbistanı Krallığı terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində ABŞ, Britaniya, Fransa, İtaliya, Kanada, Avstraliya və digər müttəfiqləri ilə beynəlxalq səviyyədə sıx əməkdaşlıq edir.

Ekstremizmin aradan qaldırılması:

İki Müqəddəs Ocağın və İslamın vətəni olaraq Səudiyyə Ərəbistanı Krallığı azğın gündəmləri müdafiə etmək üçün dindən sui-istifadə edən ekstremistlərə güzəştə getməyəcək. Bu təhlükə ilə mübarizə məqsədilə Səudiyyəli rəsmilər və ruhanilər terror aktlarını birmənalı şəkildə pisləmiş və Krallıq, terror ideologiyasını qaralamq üçün güclü cəhdlər göstərmişdir.

- Səudiyyə Ərəbistanı Krallığı ölkənin islam işləri nazirliyi vasitəsilə məscidlərdən ekstremizm mənbəyi kimi istifadə olunmamasını təmin etmək üçün milli cəhd göstərib.
- Üləmalar Şurası (din alimləri) terrorizmi və terroçuluğu maliyyələşdirməyi qadağan edən fətva verib və bildirib ki, terrorizmə dəstək islam hüququnun pozulmasıdır.
- Səudiyyə Ərəbistanı ekstremist qruplaşmaların təhlükəsi ilə üzləşən insanların maarifləndirilməsi vasitəsilə ekstremizmə və onun yayılmasına qarşı mübarizə proqramı hazırlayıb.
- Kral Abdullah 2007-ci ildə beynəlxalq cəhdlər ilə birlikdə dinlərarası dialoqun gücləndirilməsi üçün təşəbbüs irəli sürmüş və bütün dünyada müxtəlif dinlərin və mədəniyyətlərin ardıcılları arasında qarşılıqlı anlaşmanı təşviq etmək üçün 2011-ci ildə Vyanada Dinlərarası və Mədəniyyətlərarası Dialoq Kral Abdullah Bin Əbdüləziz Beynəlxalq Mərkəzi (KAICIID) təsis edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti