Avstraliyada terror aktı hazırlamaqda şübhəli bilinən 2 nəfər həbs olunub

Dünya xəbərləri Materials 23 Dekabr 2015 06:13 (UTC +04:00)

Bakı. Trend:

Avstraliyanın Sidney şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər həbs olunub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 24 yaşlı Abdulla Salihi ilə 20 yaşlı Məhəmməd Alamuyinin Avstraliya Silahlı Qüvvələrinə məxsus "Vullumlu" hərbi bazası ilə bağlı məlumat topladığı və beləliklə hərbçilərə qarşı terror aktı hazırladığı iddia olunur.

Hüquq-mühafizə orqanları əhali üçün ciddi təhlükə olmadığını açıqlayıb.

Qeyd edək ki, hazırda 70-ə yaxın Avstraliya vətəndaşı "İŞİD" qruplaşmasına qoşularaq Suriya və İraqda hərbi əməliyyatlarda iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti