...

İrina Bokova BMT-nin baş katibi ola bilər

Dünya xəbərləri Materials 10 Fevral 2016 17:02 (UTC +04:00)
Bolqarıstan BMT-nin baş katibi vəzifəsinə UNESCO-nun baş direktoru İrina Bokovanın namizədliyini irəli sürüb.
İrina Bokova BMT-nin baş katibi ola bilər

Bakı. Elçin Hüseynov - Trend:

Bolqarıstan BMT-nin baş katibi vəzifəsinə UNESCO-nun baş direktoru İrina Bokovanın namizədliyini irəli sürüb. Bu barədə Trend Deutsche Welle-yə istinadən xəbər verir.

Bolqarıstan Xarici İşlər Nazirliyinin müvafiq məktubu BMT-nin Nyu Yorkdakı mənzil-qərargahına göndərilib. Sənəddə bildirilir ki, lazımi təcrübəyə malik İ.Bokova bu vəzifəyə uyğun namizəddir.

Qeyd edək ki, İ.Bokova 2009-cu ildən UNESCO-ya rəhbərlik edir.

BMT-nin hazırkı baş katibi Pan Gi Mun 2017-ci il yanvarın 1-dən vəzifəsini tərk edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti