...

NATO Gürcüstana kömək etmək istəyir

Dünya xəbərləri Materials 11 Fevral 2016 18:02 (UTC +04:00)
NATO Gürcüstana "Alyans üzvlüyünə yaxınlaşmaq və müdafiə gücünü artırmaqda" kömək edəcək.
NATO Gürcüstana kömək etmək istəyir

Bakı. Elçin Hüseynov - Trend:

NATO Gürcüstana "Alyans üzvlüyünə yaxınlaşmaq və müdafiə gücünü artırmaqda" kömək edəcək. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bu gün Brüsseldə bəyan edib.

Nazirlər səviyyəsində Gürcüstan-NATO görüşündən sonra Y.Stoltenberq bildirib ki, Alyans ölkənin islahatlar yolundakı nailiyyətlərini alqışlayır: "Amma hələ əlavə addımlar atılmalıdır, o cümlədən, qanunun aliliyi sahəsində".

Y.Stoltenberq deyib ki, NATO Gürcüstanın Avroatlantik məkana inteqrasiyasını dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti