...

"Gürcüstanın NATO-ya üzvlüyü uzunmüddətli prosesdir"

Dünya xəbərləri Materials 22 İyun 2016 14:00
"Gürcüstan NATO üzvlüyünə dair məqsədinə sadiqdir, lakin buna uzun müddət lazım olacaq".
"Gürcüstanın NATO-ya üzvlüyü uzunmüddətli prosesdir"

Trend-i buradan izləyin

Bakı. Elçin Hüseynov - Trend:

"Gürcüstan NATO üzvlüyünə dair məqsədinə sadiqdir, lakin buna uzun müddət lazım olacaq".

Trend RİA Novosti-yə isitinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Tedo Caparidze deyib.

O bildirib ki, ölkənin məqsədi dəyişməyib: "Biz NATO-nun üzvü olmalıyıq. Eyni zamanda biz buna obyektiv, real baxırıq və anlayırıq ki, bu, uzunmüddətli prosesdir. Gürcüstan NATO üzvü olacaq, amma biz demirik ki, bu, sabah, birigün olmalıdır. Bunun ücün bir çox illər lazım ola bilər".

T.Caparidze deyib ki, Gürcüstan üçün məqsədə aparan prosesin özü əhəmiyyət təşkil edir və bu yol islahatlarla, demokratik proseslərin gücləndirilməsi, iqtisadiyyatin inkişafı ilə əlaqəlidir.

Deputat qeyd edib ki, NATO-nun qarşıdakı Varşava sammitində Gürcüstan bu təşkilatın üzvlüyünə dair fəaliyyət planını almayacaq və bu, prinsip etibarilə əhəmiyyətli deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti