...

Pilotsuz avtomobillərin satışına başlanılır (FOTO)

Dünya xəbərləri Materials 13 İyul 2016 13:53 (UTC +04:00)
Yaponiyanın "Nissan Motor" şirkəti avqustdan etibarən "Serena" adlı pilotsuz (sürücüsüz) minivenlərin satışına başlayacaq.
Pilotsuz avtomobillərin satışına başlanılır (FOTO)

Bakı. Elçin Hüseynov - Trend:

Yaponiyanın "Nissan Motor" şirkəti avqustdan etibarən "Serena" adlı pilotsuz (sürücüsüz) minivenlərin satışına başlayacaq. Trend şirkətin saytına istinadən xəbər verir ki, ilk mərhələdə bu avtomobil Yaponiya bazarına çıxarılacaq.

"Serena" avtomobili "ProPilot" avtonom idarəetmə kompleksi ilə təchiz edilib. Amma pilotsuz rejimi tam şəkildə yalnız avtomagistrallarda seçilmiş bir yol zolağında istifadə etmək mümkün olacaq. Maşını sağa ya sola döndərərkən və ya başqa zolağa keçərkən sürücü idarə etməni öz üzərinə götürməlidir.

Avtomobilin "ProPilot" sistemi daxil olmaqla qiyməti 28 min dollar təşkil edəcək.

2017-ci ildə Yaponiya şırkəti bu sistemlə təchiz edilmiş "Nissan Qashqai" modellərini də istehsal edəcək.

2018-cı il üçün isə avtoşirkət "ProPilot" kompleksini tam idarəetmə funksiyaları ilə təhciz etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti