...

Nitsadakı terrorda bir rusiyalı da həlak olub

Dünya xəbərləri Materials 15 İyul 2016 11:58 (UTC +04:00)

Bakı. Trend:

Nitsada törədilmiş terror aktında bir rusiyalı qadın həlak olub, biri isə yaralanıb. Trend-in məlumatına görə, RİA Novosti bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq departamentinə istinadən xəbər verib.

Daha üç rusiyalı vətəndaşın harada olması barədə hələ məlumat yoxdur.

Fransada terror aktı: ölənlərin sayı 84-ə çatdı (FOTO/VİDEO) (YENİLƏNİB)

Fransada terror aktı: ölənlərin sayı 84-ə çatdı (FOTO/VİDEO) (YENİLƏNİB)

Departamentin məlumatında deyilir ki, terror aktında bir rusiyalı qadın həlak olub, onun rəfiqəsi isə yaralanıb: "Rusiyanın Marseldəki Baş konsulluğu xəsarət alanlar barədə məlumatı dəqiqləşdirir".

Qeyd edək ki, bu gecə Nitsa şəhərində terror aktı törədilib. Yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar. Ölənlərin sayı 84 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti