...

Kiyevdə tanınmış jurnalist partlayışda öldü

Dünya xəbərləri Materials 20 İyul 2016 11:00 (UTC +04:00)

Bakı. Trend:

Kiyevin mərkəzində avtomobilin partlaması nəticəsində tanınmış jurnalist Pavel Şeremet həlak olub.

Trend-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, "Ukraynskaya pravda" internet nəşrinin rəhbəri Yelena Pritulaya məxsus avtomobil Kiyevin mərkəzində Boqdan Xmelnitski və İvan Franko küçələrinin kəsişməsində partlayıb.

44 yaşlı P.Şeremet son 5 ildə Kiyevdə yaşayıb. 2012-ci ildən "Ukraynskaya pravda" ilə əməkdaşlıq edib, 2015-ci ilin sentyabrından isə "Radio Vesti"də aparıcı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti